AZ

Morqan Rocers ÇL-də ilkə imza atdı, həftənin ən yaxşısı oldu

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turu İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Morqan Rocers üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, argentinalı hücumçu “Seltik”lə (Şotlandiya) ev oyununda komandasının 4:2 hesablı qələbəsinə het-triklə kömək edib.

Bununla da o, UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. 22 yaşlı hücumçu bu qollardan ikisini matçın ilk 5 dəqiqəsində vurub. Nəticədə Morqan ÇL-də ilk 5 dəqiqə ərzində dubl edən ilk futbolçu olub. Ondan əvvəl heç kim belə göstəriciyə imza atmamışdı.

Morqan Rocers həm də azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bu həftənin oyunçusu olmağa namizədlər arasında Antuan Qrizmann (“Atletiko”, Madrid, İspaniya), Usman Dembele (PSJ, Fransa) və Lautaro Martines (“İnter”, İtaliya) də var idilər.

Morqan Rocers İngiltərənin “Vest Bromviç” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi “Mançester Siti”, “Linkoln Siti”, “Bornmut”, “Bləkpul”, “Midlsbro” kimi klublarda da çıxış edib. O, 224-cü ilin fevral ayında 9,4 milyon avro müqabilində “Aston Villa”ya keçib. 22 yaşlı yarımmüdafiəçinin Premyer Liqa təmsilçisi ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Rocers cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Aston Villa” karyerası bütövlükdə 47 oyun, 13 qol və 6 assistdən ibarətdir.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
24
arena.az

1Mənbələr