AZ

Texasda nəhəng mamontun kəlləsi tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Texas ştatında arxeoloqlar nəhəng kolumbiyalı mamontun kəlləsini tapıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Green Reporter" məlumat yayıb.
Yaşı 40 min il olduğu təxmin edilən qalıqlar bölgədə indiyə qədər tapılan ən böyük nümunədir.
Arxeoloqlar hadisə yerindən ilk görüntüləri paylaşıblar - şəklin aşağı sağ küncündə heyvanın dişlərinin bir hissəsini görmək olar. Mütəxəssislər onun öldüyü zaman 18-20 yaş arasında olduğunu təxmin edirlər. Mamontun dişlərini və sümüklərini tədqiq edən mütəxəssislər onun təxminən bir ton yarım ağırlığında ola biləcəyini irəli sürüblər.
"Həqiqətən də həyəcanverici bir kəşfdir. Bu, təkcə böyük elmi tapıntı deyil, həm də gələcək nəsilləri ruhlandırmaq və Yerin qədim tarixinə maraq oyatmaq potensialına malikdir", - Paleontologiya Muzeyinin direktoru Andre Luhan bildirib.
Qeyd olunur ki, qazıntı sahəsində işlər davam edir. İşlər tamamlandıqdan sonra kəllə yerli muzeydə yeni Buz Dövrü sərgisində nümayiş etdiriləcək.
Seçilən
4
22
oxu.az

10Mənbələr