AZ

Bu şəxslərə 8 aylıq maaş təklif edilir

ABŞ hökuməti bəzi federal məmurlara könüllü istefa etmələri qarşılığında 8 aylıq maaş məbləğində kompensasiya təklif edib.

 

Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, “Aaxios” portalının məlumatına görə, bu təklif pandemiya dövründə məsafədən işləyib sonradan ofisə qaytarılan işçilərə ünvanlanıb. 6 fevraladək istefa edənlər sentyabradək tam maaşlarını ala biləcəklər.

 

Proqnozlara əsasən, təklifi 5-10% işçi qəbul edə bilər ki, bu da yüz minlərlə istefa deməkdir. Təklif poçt işçiləri və hərbçiləri əhatə etmir.

Tarix: 31 Yanvar 2025, 08:40   
Seçilən
24
7
pravda.az

10Mənbələr