AZ

"Pussy Riot" qrupunun üzvü beynəlxalq axtarışa verildi

Rusiyanın məşhur "Pussy Riot" qrupunun üzvü Nadejda Tolokonnikova beynəlxalq axtarışa verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarından məlumat verilib.

2023-cü ilin martında Nadejda Tolokonnikovaya sosial şəbəkələrdə dindarların hisslərini təhqir etdiyinə görə cinayət işi açılıb. O, bir neçə ildir ki, ABŞ-də yaşayır .

2012-ci ildə Nadejda Tolokonnikova və "Pussy Riot"un digəri iki üzvü Mariya Alekhina və Yekaterina Samutseviç Moskvadakı Xilaskar Məsih kilsəsindəki“pank duasına” görə iki il müddətinə azadlıqdan məhrum ediliblər. Feministlər 2013-cü ildə amnistiya ilə azadlığa buraxılıblar.


Müəllif: Teleqraf.com
Seçilən
11
2
teleqraf.com

10Mənbələr