AZ

Qəzzada azad edilən girovlardan biri Qırmızı Xaç Cəmiyyətinə təhvil verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qəzza zolağında əsirlikdən azad edilən girovlardan biri, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) əsgəri Aqam Berqer Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib, hazırda sərhədi keçib və ölkə ərazisindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə SAXAL-ın mətbuat xidmətindən məlumat verilib.
"Girovluqdan qayıdan SAXAL əsgəri Aqam Berqer İsrail ordusunun qüvvələri ilə birlikdə sərhədi keçib və hazırda ölkənin cənubundakı ilkin qəbul mərkəzinə gedir, orada valideynlərinə qovuşacaq", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, Aqam Berqer 2023-cü il oktyabrın 7-də oğurlanıb və 482 gün girovluqda saxlanılıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanası bəyan edib ki, İsrail hökuməti və təhlükəsizlik xidmətləri ona (Aqam Berqer - red.) və ailəsinə hərtərəfli dəstək verəcək.
"İsrail hökuməti bütün oğurlanmış və itkin düşmüş şəxslərin geri qaytarılmasına sadiqdir", - deyə qurum əlavə edib.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində 2023-cü il oktyabrın 7-də radikallar tərəfindən girov götürülən daha iki İsrail vətəndaşının - 80 yaşlı Qadi Mozesin və Arbel Yehudun bu gün azad edilməsi gözlənilir. İsrail onların müqabilində 110 fələstinli məhbusu həbsdən azad edəcək.
Bundan əlavə, ayrı-ayrı razılaşmalara əsasən, beş Tailand vətəndaşı da qeyd edilən tarixdə Qəzza zolağından azad oluna bilər.
Seçilən
11
49
oxu.az

10Mənbələr