AZ

Tramp: Rusiya və Çin liderləri ilə təmaslarda işlər yaxşı gedir

ABŞ prezidenti Donald Tramp Ağ Evin mətbuat komandası ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinlə təmasları ilə bağlı təfərrüatları jurnalistlərlə bölüşməkdən imtina edib, lakin işlərin “çox yaxşı” getdiyini bildirib.

Editor.az bunu xarici mediaya istinadla xəbər verir.

Jurnalistlərin Putinlə sonuncu dəfə nə vaxt görüşdüyünü və Ukraynadakı münaqişəni sona çatdırmaq üçün Si Tszinpindən cavab alıb-almadığını soruşduqda Tramp belə cavab verib: “Bu sualların heç birinə şərh verməyəcəyəm, lakin hər iki məsələdə çox yaxşı iş görürük”.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Tramp və Putin arasında indiyə qədər hər hansı təmas planının olmadığını təkrarlayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
2
editor.az

3Mənbələr