AZ

İşğaldan azad olunmuş səkkiz şəhərin Baş planı hazırdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Artıq işğaldan azad olunmuş səkkiz şəhərin Baş planı başa çatdırılıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"90 kəndin planlaşdırılması başa çatıb. Bu gün artıq həmin ərazilərdə ümumilikdə 30 minə yaxın insan yaşayır.
O cümlədən, üç min keçmiş məcburi köçkün ailəsi və digər insanlar - tələbələr həmin ərazilərdə yaşayır, fəaliyyət göstərirlər", - o qeyd edib.
Məhərrəm Əliyev
Seçilən
84
50
oxu.az

10Mənbələr