AZ

Azərbaycanın boks millisi Göygöldə təlim-məşq toplanışına başlayıb

Bakı, 14 mart, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığı Göygöldə davam etdirir.

Məşqçilər heyəti toplanışa 31 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət texniki-taktiki hazırlığa yönələcək.

Qeyd edək ki, təlim-məşq toplanışı martın 25-də yekunlaşacaq.

Seçilən
87
4
azertag.az

5Mənbələr