AZ

Kişi boksçulardan ibarət Azərbaycan yığması Göygöldə toplanış keçir

Kişi boksçulardan ibarət Azərbaycan yığması növbəti təlim-məşq toplanışına start verib.

90deqiqe.Az-ın məlumatına görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığı Göygöldə davam etdirir.

Məşqçilər heyəti toplanışa 31 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət texniki-taktiki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq martın 25-də yekunlaşacaq.

Seçilən
115
9
90deqiqe.az

10Mənbələr