Azərbaycanın kişi boksçulardan ibarət millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.
Hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Göygöldən sonra Bakıda davam etdirilir.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda Gürcüstan, Özbəkistan və Qazaxıstan milliləri də iştirak edirlər. Birgə məşqlər aprelin 10-da yekunlaşacaq.