AZ

Durov Fransanı tərk edib

Teleqramın təsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Məlumata görə, rusiyalı iş adamı Dubaya gedib.

Qeyd edək ki, Durov 2024-cü il avqustun 24-də axşam Paris Le Burje hava limanında saxlanılıb. Teleqramın təsisçisi daha sonra məhkəmə nəzarətinə götürülüb və ona beş milyon avro məbləğində girov ödənilməsi barədə qərar verilib. Məhkəmə ona 6 ay müddətinə Fransa ərazisini tərk etməyə qadağa qoyub.

Seçilən
80
4
qafqazinfo.az

5Mənbələr