Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan İsrailə 6,2 min ton metanol(metil spirti) ixrac edilib.
Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu miqdarda metanol ixracından əldəolunan gəlir 2,04 milyon ABŞ dolları olub.
İsrailə metanol ixrac ötən ilin eyni dövrü ilə müqayisədə miqdarifadəsi ilə 4,1 min ton və ya 40,1% azalıb, dəyər ifadəsi ilə 121min ABŞ dolları, yaxud da 6,3% artıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan İsrailə 10,3 minton miqdarında, 1,92 milyon ABŞ dolları dəyərində metanol ixracedilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 35 minton metanol (metil spirti) ixrac edilib. Bu miqdarda metanolixracından əldə olunan gəlirin həcmi 11,1 milyon ABŞ dolları olub.Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 4,2 min ton və ya 10,8% azalıb, dəyər ifadəsi ilə 3,8 milyonABŞ dolları, yaxud da 52,4% çoxalıb. 2024-cü ilin yanvarındaAzərbaycandan 39,2 min ton miqdarında, 7,3 milyon ABŞ dollarıdəyərində metanol ixrac olunub.
Ötən ay ixrac edilən metanolun bir tonu üçün qiymət 318,2 ABŞdolları olub ki, bu da, illik müqayisədə 131,9 ABŞ dolları və ya70,8% bahadır. Ötən ilin ilk ayında bu qiymət 186,3 ABŞ dollarıidi.
Həmçinin hesabat dövründə ixrac edilən metanol ümumi ixracın0,40%-ni, qeyri-neft sektoru üzrə ixracın 3,29%-ni təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycandan İsrailə,Türkiyəyə, İtaliyaya, Sloveniyaya, Yunanıstana metanol ixracedilib.