AZ

Azərbaycana gətirilən elektromobillərin sayı açıqlandı

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 309 ədədyalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri(elektromobil) gətirilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 12,1milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə miqdar ifadəsi ilə 232 ədəd (42,9%), dəyər ifadəsi ilə10,8 milyon ABŞ dolları (47,1%) azdır. Belə ki, 2024-cü ilin ilkiki ayında Azərbaycana idxal dəyəri 22,8 milyon ABŞ dolları olan541 ədəd elektromobil gətirilmişdi.

Hesabat dövründə idxal edilən elektromobillərin bir ədədininorta qiyməti 39,1 min dollar olub ki, bu da, illik müqayisədə 3,1min dollar və ya 7,3% azdır. Ötən ilin ilk ayında idxal olunanelektromobillərin bir ədədinin orta qiyməti 42,2 min dollaridi.

Qeyd edək ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana288,9 milyon ABŞ dolları dəyərində 16 758 ədəd avtomobil idxaledilib.

Seçilən
21
1
az.trend.az

4Mənbələr