AZ

ABŞ-Aİ ticarət müharibəsi şirkətlərə illik 9,5 trilyon dollara başa gələ bilər- ÖZƏL

ABŞ və Avropa İttifaqı (Aİ) arasında qarşılıqlı gömrük tariflərinin tətbiqi transatlantik biznes üçün ciddi təhlükə yaradır. Olaylar.az xəbər verir ki, bu barədə  Amerika Ticarət Palatasının (AmCham EU) hesabatında məlumat verilib. Məlumata görə, bu müharibənin illik iqtisadi itkiləri 9,5 trilyon dollara çata bilər.

Palatanın illik hesabatında göstərilir ki, 2024-cü ildə ABŞ və Aİ arasında iqtisadi əlaqələr rekord səviyyəyə çatıb: mallar və xidmətlər üzrə ticarət dövriyyəsi 2 trilyon dollar təşkil edib. Bununla belə, 2025-ci il bu münasibətlər üçün həm böyük imkanlar, həm də ciddi təhlükələr vəd edir.

Son bir həftə ərzində Vaşinqton polad və alüminiuma yeni tariflər tətbiq edib, Aİ isə cavab tədbirləri hazırlayır. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Aİ-dən idxal olunan şərab və spirtli içkilərə 200%-lik rüsum qoymaqla hədələyib. Tramp, xidmətlər sahəsindəki müsbət ticarət balansına baxmayaraq, Aİ ilə ticarət kəsirini tənqid edib və şirkətləri ABŞ-da istehsal etməyə çağırıb.

Amerika Ticarət Palatasının xəbərdarlıq edir ki, əgər tərəflər arasında ticarət müharibəsi dərinləşərsə, hazırda mövcud olan sıx iqtisadi əlaqələrə ciddi ziyan dəyə bilər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
62
9
olaylar.az

9Mənbələr