“İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) "I" Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir”.
Bu barədə sosial şəbəkə hesablarında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.