1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb.
Oxu.Az xəbər verir ki, bunu şirkətin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəflə birgə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) "I" Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir", - deyə o qeyd edib.
İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) "I" Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar #SOCAR-ın… pic.twitter.com/yo68gUCtMs
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 17, 2025