AZ

İraqda 7 milyon ədəd narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

Qahirə, 17 mart, AZƏRTAC

İraqda 7 milyon ədəd amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.

AZƏRTAC Səudiyyə Ərəbistanı mediasına istinadla xəbər verir ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə İraqın müvafiq qurumu arasında əməkdaşlıq nəticəsində baş tutub.

Qeyd olunur ki, narkotik tərkibli həblər uşaq oyuncaqları və ütü masaları yüklü bir ticarət göndərişində gizlədilibmiş.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
33
2
azertag.az

3Mənbələr