Bakı. Trend:
“Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilib.
Trend xəbərverir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədovimzalayıb.
Sənədə əsasən, gömrük yığımlarına bir sıra əlavələr edilib.
Belə ki, aprelin 1-dən etibarən Azərbaycana gətirilən dəmirdənvə ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat, şüşəməmulatlarının 1 tonu üçün 100 manat, armaturlaşdırılmamışşüşələrin 1 tonu üçün 100 manat gömrük yığımı alınacaq.
Bu qərar 2025-ci il 1 aprel tarixindən qüvvəyə minir və 2026-cıil 1 yanvar tarixinədək qüvvədədir.