AZ

Azərbaycanda kimya məhsullarının istehsalı artıb - CƏDVƏL

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 363,9 mln. manatlıq məhsul istehsal edilib.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 21,4%, kimya sənayesi məhsullarının istehsalı 11,4% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,6% azalıb.

Qeyd olunur ki, kimya sənayesi məhsullarından polietilen istehsalı 22,5%, etilen istehsalı 12,9%, propen (propilen) istehsalı 5,6% artıb, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 11,8%, polietilendən kisə və çantalar istehsalı isə 37,6% azalıb.

Kimya sənayesi sahəsində istehsal edilmiş əsas məhsullar:

Məhsul növləri

2025-ci ilin yanvar-fevral ayları

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,%

01.03.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

7239,3

102,8

65,5

ondan: azot, min kub metr

3705,4

96,0

62

Lak-boya məmulatları, ton

5024,6

160,5

570,4

Qeyri-üzvi kimyəvi maddələr, ton

2 680

44

6 850

ondan: yod, ton

29,3

93,9

11,0

Üzvi kimyəvi maddələr, min ton

133,4

83,7

15,4

ondan: etilen, min ton

30,7

112,9

0,9

propen (propilen), min ton

26,3

105,6

0,7

metanol (metil spirti), min ton

52,7

55,5

7,8

Etil spirti, min dkl

-

-

41,6

Gübrə və azot birləşmələri, min ton

87,1

78,4

27

ondan: karbamid, min ton

87,1

78,4

27

İlkin formada plastik kütlə, min ton

57,9

115,3

33,9

ondan: polietilen, min ton

29,9

122,5

19,4

Yapışqan və yapışdırıcı maddələr, min ton

28,1

162,4

10,1

Seçilən
30
2
apa.az

3Mənbələr