AZ

"Bank VTB Azərbaycan" aktivləri 27%, kredit portfeli 26% böyüyüb

"Bank VTB Azərbaycan" 2024-cü ilin IV rübünün nəticələrinə görə 317 milyon 98  min manat aktivlərə malik olub.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

  Aktivlər son bir il ərzində 67 milyon 198 min manat və ya 27% artıb.

Hesabat dövründə "VTB Bank Azərbaycan" 234 milyon 933 min manat kredit portfelinə malik olub.

Aktivlərin 47 milyon 731 min manatını nağd pul vəsaitləri, 26 milyon 281 min manatını isə qiymətli kağızlara yatırlmlar təşkil edib. İllik müqayisədə nağd pul vəsaitləri 7 milyon 354 min manat (27%), qiymətli kağızlara yatırımlar isə 15 milyon 217 min manat (2,4 dəfə) artıb.

Kredit portfelinin həcmi  son  bir ildə 47 milyon 873 min manat (26%) böyüyüb.

Onun da  99 milyon 465 min manatını istehlak,  78 milyon 533 min manatını biznes kreditləri, 56 milyon 995 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.

2023-cü iin sonu ilə müqayisədə istehlak kreditləri 24 milyon 665 min manat (33%), biznes kreditləri 13 milyon 982  min manat (22%), ipoetka kreditləri 9 milyon 226 min manat (19%) böyüyüb.

Ümumi kredit portfelinin 28 milyon 233 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.

Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 206 milyon 759 min manat olub ki, bu da ötən 2023-cü ilin sonu ilə müqayisədə 42 milyon 998 min manat, başqa sözlə 26% artım deməkdir.

Seçilən
105
1
fed.az

2Mənbələr