Bakı. Trend:
Cari ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrəgedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 296,3min nəfər olub.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4faiz, Gürcüstana gedənlərin sayı 17,4 faiz artıb, Türkiyəyəgedənlərin sayı 2,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə27,7 faiz azalıb.
Qeyd edilib ki, Azərbaycan vətəndaşlarının 36,9 faizi Türkiyəyə,15,8 faizi Rusiya Federasiyasına, 11,4 faizi Gürcüstana, 10,7 faiziİrana, 25,2 faizi digər ölkələrə səfər edib.
Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkiledib.
2025-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edənAzərbaycan Respublikası vətəndaşlarının 68,1 faizi hava, 29,7 faizidəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatındanistifadə edib.