AZ

Fransa və İtaliyadan Ukraynaya ağır zərbə: 40 milyard avroluq...

Fransa və İtaliya Ukraynaya yardım üçün 40 milyard avronun ayrılması prosesini ləngidib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bildirilib ki, Ukraynaya 40 milyard avroluq yardım paketi bu həftə Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən təsdiqlənməyə bilər.

Aİ üzvlərinin əksəriyyətinin bu addımı dəstəklədiyi qeyd edilib: “Fransa və İtaliya da daxil olmaqla bəzi ölkələr daha çox vaxt və əlavə təfərrüat istəyir”.

Xəbərdə Macarıstanın Ukraynaya hər cür yardım göstərilməsinin əleyhinə olduğu xatırladılıb. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ötən gün Kiyevi hədəf alan 40 milyard avroluq hərbi təşəbbüsdə irəliləyişə ümid etdiyini bildirib.

Seçilən
113
50
publika.az

10Mənbələr