“ABŞ Prezidentinin 30 günlük atəşkəs tətbiq etmək təşəbbüsü kontekstində Rusiya tərəfi Ukraynada məcburi səfərbərliyin dayandırılması və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlandırılmaması zərurəti ilə bağlı bir sıra mühüm məqamları qeyd edib”
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında telefon danışığından sonra məlumat yayıb.
2024-cü il mayın 18-də Ukraynada səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvəyə minib. Yeni əsasnaməyə əsasən, hərbi xidmət keçməyə borclu olan şəxslərin reyestrinə daxil edilmiş şəxslər xaricə getmək, öz vəsaitlərindən istifadə etmək, avtomobil idarə etmək, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq və sənədlər - pasport və xarici pasport vermək hüququnu itirəcək.