Bakı. Trend:
"Barselona" klubu polşalı qapıçı Voyçex Şensnı ilə bağlıqərarını verib və onu komandada saxlamağı planlaşdırır.
Trend xəbər verirki, bu barədə "Marca" nəşri məlumat yayıb.
La Liqa nəhəngi, 34 yaşlı qapıçı ilə danışıqlara başlayıb və onayeni müqavilə təklif edib. Şensnı isə klubda qalmağa müsbətyanaşır.
Qeyd edək ki, Voyçex Şensnı ötən ilin oktyabr ayında"Barselona"ya transfer olub. Təcrübəli qapıçı bu müddət ərzindəKataloniya təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb,16 qol buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb.