“Roma”nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda karyerasını bitirəcək.
Msport.az xəbər verir ki, bunu 73 yaşlı mütəxəssis özü açıqlayıb.
Ranyeri “Kalyari”ni A Seriyasına çıxardıqdan sonra məşqçilikdən getdiyini elan etmiş, sonradan “Roma”nın təklifini rədd edə bilməmişdi. Ancaq italiyalı budəfəki qərarının qəti olduğunu deyib.
Qeyd edək ki, Klaudio Ranyeri karyerası ərzində “Kalyari”dən başqa, “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter”, “Sampdoriya”, “Valensiya”, “Atletiko”, “Monako”, “Nant”, “Çelsi”, “Fulhem” “Uotford” və “Lester”i, həmçinin Yunanıstan millisini çalışdırıb.