AZ

Gəncədə avtomobili sürətlə sürdüyü üçün döyülən sürücü 3 nəfəri vurub - YENİLƏNİB

Martın 18-də saat 22:40 radələrində 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Məlumata görə, onlara zəruri tibbi yardım göstərilib.

Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində 1979-cu il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Döş qəfəsinin travması diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Z.Məmmədov adına xəstəxanaya yerləşdirilən 2006 və 2007-ci il təvəllüdlü şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.

***

09.49

Gəncədə 3 nəfər sürücünü döyüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Məlumata görə, sürücü küçədən sürətlə keçdiyi üçün 3 nəfər onu döyüb. Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.

1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayev müxtəlif bədən xəsarətləri ilə Gəncədə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov APA-ya bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Seçilən
40
1
apa.az

4Mənbələr