“Sənaye zonalarının fəaliyyəti ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir”.
Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sahibkarlar tərəfindən 2021-2024-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb, 865 daimi iş yeri yaradılıb. Bu müddətdə 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,08 milyard manatlıq hissəsi ixracın payına düşür.