AZ

"Qarabağ" müdafiəçisinə yeni komanda tapmasını tapşırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2021-ci ildən "Qarabağ"ın formasını geyinən Marko Veşoviç 3 ölkədən təklif alıb.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, müqaviləsi yayda bitəcək müdafiəçi Polşaya qayıda bilər.
Monteneqrolu legionerlə Yunanıstan və Kipr klubları da yaxından maraqlanır. Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra onunla da vidalaşmaq qərarına gəlib.
Ağdam təmsilçisi artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Monteneqro yığmasının futbolçusuna özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.
Ölkəmizə Polşadan gələn "Legiya"nın sabiq kapitanı bir ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir.
Seçilən
31
4
oxu.az

10Mənbələr