Monteneqro millisinin sabiq hücumçusu Andriya Delibasiç 43 yaşında vəfat edib.
Monteneqro millisinin sabiq hücumçusu Andriya Delibasiç dünyasını dəyişib.
Operativ Media xəbər verir ki, 2023-cü ilin mart ayında Delibasiçə beyin şişi diaqnozu qoyulub və əməliyyat olunub. Bundan sonra o, futbola qayıdıb və “Buduçnost”un idman direktoru vəzifəsini icra edib. Ancaq bir müddət sonra o yenidən bu xəstəliklə mübarizə aparmağa məcbur olub.
Delibaşiç karyerası ərzində “Partizan”la Serbiya, “Benfika” ilə isə Portuqaliya çempionu olub. O, “Rayo Valyekano”, “Herkules”, “Real Sosyedad”, “Malyorka” və digər klublarda da çıxış edib. Monteneqro millisinin heyətində 21 oyunda 6 qol vurub.