AZ

"Neftçi"nin əməkdaşları qocalar evində -FOTO

“Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar. 

Fanat.Az xəbər verir ki, klubun təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün nəzərdə tutulan müəssisəsində reallaşan görüşdə veteran futbolçulardan – İqor Getman, Bəxtiyar Musayev, Ədəhim Niftəliyev, Fərrux İsmayılov və Samir Əliyev iştirak ediblər.

Bayram abu-havasında keçən tədbirdə qonaqlarla sakinlər arasında maraqlı fikir mübadiləsi baş tutub, futbola aid əyləncəli sorğu aparılıb, xatirə hədiyyələri təqdim olunub.

 

Seçilən
29
11
fanat.az

10Mənbələr