1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrailin Təl-Əvivdəki Ben-Qurion hava limanına hipersəsli ballistik raket zərbəsi endiriblər.
Oxu.Az xəbər verir ki, bunu husilərin hərbi nümayəndəsi Yahya Saria deyib.
Onun sözlərinə görə, hərbi əməliyyat zamanı "Fələstin-2" hipersəsli ballistik raketlə Ben-Qurion aeroportuna hücum edilib: "Bu əməliyyat öz məqsədinə uğurla çatıb".
Xatırladaq ki, Qəzza zolağında münaqişə kəskinləşəndən sonra "Ənsar Allah" İsrail ərazisini atəşə tutacağını bəyan edib.