Ermənistan hökuməti Türkiyə ilə sərhəddə yerləşən “Marqara” sərhəd-buraxılış məntəqəsini müvəqqəti olaraq açmaq barədə qərar qəbul edib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, buna səbəb Ermənistanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırmasıdır.
Məlumata görə, sözügedən məntəqə martın 21-dən 31-nə qədər açıq olacaq.
Qeyd edilib ki, Ermənistan və Suriya nümayəndələri humanitar yardımın göstərilməsi məsələsini müzakirə etmək barədə razılığa gəliblər: “Sərhəd-buraxılış məntəqəsinin açılması yüklərin Suriyaya quru yolu iləçatdırılmasına və bununla da daşınma xərclərini azaltmağa imkan verəcək”.