Azərbaycan Basketbol Liqasının lideri "Sabah" klubu "Azərlotereya" ilə birlikdə yeni layihəyə başlayır.
Offsideplus.az xəbər verir ki, basketbol azarkeşləri üçün “Beşdə5” müsabiqəsi keçiriləcək.
Bu əyləncəli yarışmada iştirak edənlər 5555 manat qazanmaq şansı əldə edə bilərlər. Bundan ötrü "Sabah"ın ev oyunlarına gəlmək və müsabiqəyə qatılmaq kifayətdir.
Müsabiqənin şərtləri olduqca sadədir. Oyundan öncə azarkeşlərə nömrələr paylanacaq və böyük fasilə zamanı təsadüfi seçim əsasında 3 nəfər müəyyən ediləcək. Seçilmiş iştirakçılar 5 fərqli nöqtədən 5 atış etmə şansı qazanacaq.
Beş atışın hamısını dəqiq yerinə yetirən şəxs “Azərlotereya”dan 5555 manat mükafat əldə edəcək.
Müsabiqə ilin sonunadək “Sabah” ev matçlarında davam edəcək.
BU DA MARAQLIDIR: