“Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı xəbərlərdən narahatdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.
"Biz tərəfdaşlarımızı təmkinli olmağa, vəziyyətin eskalasiyasına gətirib çıxaracaq hər hansı addımlardan təkidlə çəkinməyə çağırırıq. Bütün məsələləri istisnasız olaraq dinc və siyasi-diplomatik yolla həll etmək lazımdır”.
Bizim.Media