Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı ona Amerika lideri Donald Trampla söhbətinin təfərrüatları, o cümlədən Ukraynadakı vəziyyət barədə məlumat verib.
Bu barədə “Report” Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, tərəflər Belarus-Rusiya münasibətlərinin inkişafını, ölkələr arasında inteqrasiya məsələlərini, qarşıdan gələn birgə tədbirlərin qrafikini müzakirə ediblər.
Belarusun 2025-ci ildə Aİİ-yə sədrliyi çərçivəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.