AZ

Türkiyə millisindən bir ilk: Macarıstan pley-offun ilk matçında məğlub oldu

UEFA Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib.

Heftelik.az-ın məlumatına görə, A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda Türkiyə yığması Macarıstanla üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada Türkiyə millisi rəqibini 3:1 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində Orkun Gökçü, Kərəm Aktürkoğu və İrfan Kahveci fərqlənib.

Qonaqların yeganə qolunu Andreş Şefer vurub.

Komandalar arasında cavab oyunu martın 23-də təşkil olunacaq.

Qeyd edək ki, Türkiyə millisi 12 sentyabr 2007-ci ildə macarlara qarşı son qələbəsindən sonra keçirdiyi 5 matçdan 4-də uduzub, 1-də meydandan bərabər hesabla ayrılıb. Bu nəticə ilə Türkiyə yığması 5 matçdan sonra Macarıstanı məğlub etməyi bacarıb.

Seçilən
121
9
heftelik.az

10Mənbələr