UEFA Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib. Metbuat.az xəbər verir ki, A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda Türkiyə yığması Macarıstanla üz-üzə gəlib.Qarşılaşmada Türkiyə millisi rəqibini 3:1 hesabı ilə məğlub edib.Ali Sami Yen stadionunda keçirilən matçda ev sahiblərinin heyətində Orkun Gökçü, Kərəm Aktürkoğu və İrfan Kahveci fərqlənib.Qonaqların yeganə qolunu Andreş Şefer vurub.