ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağındakı hərəkətlərini və İsrail Silahlı Qüvvələrinin gördüyü tədbirləri tam dəstəkləyir.
“Ölkə.az” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
O xatırladıb ki, Tramp əvvəllər “HƏMAS” bütün girovları azad etməsə, onu sərt tədbirlərlə hədələyib.
“Təəssüflər olsun ki, HƏMAS mediada insanların həyatı ilə oyunlar oynamağa üstünlük verib. Unutmayaq ki, 2023-cü il oktyabrın 7-də İsrailə qarşı amansız hücuma keçərək, hazırkı vəziyyətə görə məsuliyyət daşıyan odur. Prezident bütün girovların evlərinə qayıtmasını istəyib, İsraili və ordusunu tam dəstəklədiyini açıq şəkildə bildirib”.