AZ

İsmayıllıda 5 uşaq atası intihar etdi

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə martın 21-i saat 01 radələrində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Sərvan Ramazan oğlu Laçınov yaşadığı İstisu kəndindəki evdə özünü asaraq intihar edib.

Onun 5 azyaşlı övladı var.

Murad İbrahimli

 

Seçilən
118
15
unikal.az

10Mənbələr