Gədəbəydə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, martın 19-u saat 18 radələrində Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə. Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşmüş və orada ölüb.
Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.