İsrail Nazirlər Kabineti Baş nazir Binyamin Netanyahunun Təhlükəsizlik Xidmətinin (Şin-bet) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarını dəstəkləyib.
APA-nın xəbərinə görə, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.
Bu, ölkə tarixində hökumətin Şin-bet rəhbərini vəzifəsindən azad etməsi ilə bağlı ilk belə haldır. Ronen Barın səlahiyyət müddəti aprelin 10-da, bu vaxta qədər yerinə təyinat olarsa, daha tez başa çatacaq.
Binyamin Netanyahu etimadını itirdiyi üçün Ronen Barı vəzifəsindən azad edəcəyini martın 16-da açıqlamış və bu, birmənalı qarşılanmamış, etiraz aksiyalarına yol açmışdı.