AZ

Cüdoçularımız "Böyük Dəbilqə"yə çıxırlar

Martın 20-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib və  cüdoçularımızın ilk rəqibləri məlum olub.

Ölkə.az xəbər verir ki, Azərbaycan yarışda 8 çəki dərəsində 7-si kişi, 4-ü qadın olmaqla 11 cüdoçu ilə təmsil olunacaq.

Yarış sbah Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. 

Püşkatmanın nəticələri kişi cüdoçularımız üçün aşağıdakı kimidir:

1/16 final qarşılaşmasında 60 kq çəki dərəcəsində Murad Muradlı - Jaba Papinaşvili (Gürcüstan) 

1/16 final qarşılamasında 66 kq dərəcəsində Nazir Talıbov - Laşa Nadiradze (Gürcüstan) 

Rəşad Yelkiyev - Luka Saqanelidze (Gürcüstan) 

1/32 final mərhələsində 73 kq çəki dərəcəsində Qədir Hüseynov - Viktor Sterpu (Moldova)

1/16 final mərhələsində Rüfət Şövlətov - Alberto Qaytero (İspaniya) / Andres Sandoval (Kolumbiya) cütünün qalibi ilə

1/32 final mərhələsində 81 kq çəki dərəcəsində Məhərrəm İmamverdiyev - Yaniv Aqronov (İsrail) 

1/16 final mərhələsində 100 kq çəki dərəcəsində Elmar Qasımov - İmeda Qoqoladze (Gürcüstan) 

Seçilən
34
2
olke.az

10Mənbələr