AZ

Bayram günlərində qidadan zəhərlənənlərin sayı açıqlandı

Bayram günlərində 12 nəfər qidadan zəhərlənib.

Bu barədə Bakıvaxtı.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

"Bayram günlərində (18.03.2025-ci il tarixindən 21.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 12 nəfər qəbul edilib.

Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb", - o qeyd edib.

Seçilən
31
11
bakivaxti.az

10Mənbələr