Gədəbəydə bədbəxt hadisə baş verib.
Ölkə.az-ın APA-ya istinadən xəbərinə görə, martın 19-u saat 18 radələrində Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə. Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşüb və orada ölüb.
Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.