
Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.
“Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlər koalisiyasının sammitini keçirəcəyik”, - Makron bildirib.