TƏBİB Cəlilabad rayonunda evdə doğuş edən qadının vəfatı ilə bağlı açıqlama verib.
Yenisabah.az xəbər verir ki, martın 8-də saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə daxil olub.
“Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib”.
Saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.
“Bütün reanimasiyon tədbirlərə baxmayaraq, martın 20-si saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”.
Telegram kanalımız