AZ

Azərbaycanda alüminium məmulatları istehsalının həcmi məlum olub

Azərbaycanda 9,024 min ton alüminium məmulatları istehsal edilib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 9,024 min ton alüminium məmulatları istehsal edilib.

Operativ Media bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkədə alüminium istehsalı 1,36 min ton və ya 13,1% azalıb.

Bu ilin martın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 2,693 min ton təşkil edib.

Qeyd edək ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında Azərbaycanda 190,9 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 5,9%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9% azalma müşahidə olunub.

Seçilən
63
4
operativmedia.az

5Mənbələr