AZ

Yığma komandamızın yekun heyəti

Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlıq məqsədi ilə martın 16-dan təlim-məşq toplanışına yığışan 19 yaşadək futzalçılardan ibarət millimiz bu gün Bakıda son məşqini keçirib.

"Football-plus.az" xəbər verir ki, milli səfərə 12 oyunçu ilə yollanacaq.

Qapıçılar: Hüseyn Abdulov, Əli Həsənzadə;

Oyunçular: Rəvan Məşiyev, Oqtay Mahmudzadə, Ədalət Ələkbərov, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Nazim Hüseynov, Bəyoğlan Vəlizadə, Fariz Hüseynov, Rəvan Quliyev, Elgün Sadıqlı.

U-19 martın 26-da Bosniya və Hersoqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə yığması ilə üz-üzə gələcək. Qrup oyunlarını birinci pillədə başa vuracaq komanda final mərhələsinə vəsiqə qazanacaq.

Seçilən
48
10
football-plus.az

10Mənbələr