AZ

BMT-də Azərbaycanın mina problemi ilə bağlı sərgi təşkil edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın mina problemi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə prosesini əks etdirən fotosərgi açılıb.

Sərgi Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Burada azad edilmiş ərazilərdə aşkarlanan mina və partlamamış sursatları əks etdirən 40-dan çox foto nümayiş olunur.

Sərgidə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minatəmizləmə fəaliyyəti geniş şəkildə təqdim edilib. Fotolarda mina təmizləmə işlərində iştirak edən mütəxəssislər, onların istifadə etdiyi zirehli geyim dəstləri, mina detektorları, müxtəlif təlim sursatları və işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Ağdam, Tərtər, Xankəndi rayonlarında aşkarlanan partlayıcı vasitələr və müxtəlif mina növləri yer alıb.

Sərgidə mina partlayışlarından sonra qalan dağıntılar, yararsız hala düşmüş avtomobillər, minatəmizləmə fəaliyyətlərinə cəlb edilmiş xüsusi təlim keçmiş siçanlar və mina aşkarlayan itlərin görüntüləri də yer alıb.

Sərgi 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününə həsr olunub və dünya ictimaiyyətinin diqqətini Azərbaycanın mina probleminə yönəltmək məqsədi daşıyır.

Seçilən
50
23
aznews.az

10Mənbələr