Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.
Bu barədə Aznews.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.
Belə ki, restoranda 3 nəfər; Erkan A, Beyhan T və Azərbaycan vətəndaşı Hüseyn M. iki şübhəli şəxsin atəş açması nəticəsində yaralanıb.
Hücum edən şəxslər hadisə yerindən qaçıb.